Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-2026-cı tədris ilində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə üzrə qalibi olmuş Alnabat kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Günəş Miriyeva və Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə bürünc medal qazanmış Gədəbəy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Bağdad Səfərli ilə görüşüb.
Görüş zamanı Natiq Nağıyev şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları Fəxri Fərman və hədiyyələrlə təltif edib.

Gədəbəy Rayon Radio Verilişləri Redaksiyası