Gədəbəydə səyyar “Sağlam həyat” layihəsi keçirilib

05 iyun 2026-cı il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən səyyar “Sağlam həyat” layihəsi keçirilib.

Layihənin əsas məqsədi vətəndaşlar arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, sağlamlığın qorunması istiqamətində maarifləndirmə işinin aparılması və əhalinin idmana marağının artırılması olub.

Layihə çərçivəsində müxtəlif idman növləri üzrə kütləvi idman oyunları təşkil edilib və iştirakçılar müxtəlif fiziki aktivliklərə cəlb olunublar.

Keçirilən layihədə ümumilikdə 114 nəfər iştirak edib.

Layihədə öz yaş qrupları üzrə müxtəlif idman normativlərinin öhdəsindən layiqincə gələn idman həvəskarları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlarla təltif olunublar.