Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gədəbəy rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində “15 May – Beynəlxalq Ailə Günü – Ailəmiz ən güclü dəyərimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ailə və milli-mənəvi dəyərlərin qorunması istiqamətində çıxışlar edilib və 2025–2026-cı tədris ilində nailiyyətlər qazanmış şagirdlərin valideynlərinə təşəkkürnamə təqdim olunub.


Gədəbəy Rayon Radio Verilişləri Redaksiyası