Gənclər Günü

Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və rayonun ictimai-fəal gənclərinin iştirakı ilə 2 fevral Azərbaycan Gəncləri gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində Ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən ekponatlarla tanış olmuşlar. Tədbirdə çıxış edən natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışmış, rayonun ictimai həyatında fərqlənən gənclər fəxri fərmanla təltif edilmiş, sonda gənclərlə xatirə şəkili çəkdirilmişdir.

#AzərbaycanGəncləri #GənclərGünü