HÖKMÜ ZAMANIN

(19-20 yanvar faciəsi)

“20 Yanvar”,-o qanlı gecə,

Tarixə həkk oldu,silinər necə.

Aydınlıq gecənin qan rəngi,məncə-

Qanlı köynəyiydi,Azərbaycanın!

Budurmu görəsən hökmü zamanın?!

 

Bir dərdim,Qarabağ,biri Arazdı,

Taleh faciəni bizəmi yazdı?!.

Bu il at üstədi,at da Murazdı,

Niyə qənimidi insan,insanın?

Görəsən budurmu hökmü zamanın?!

 

Eşit,-bu sədanı,səsi ey bəşər,

Xalqıma dolu tək yağır böhtan,şər.

Səs verin,səs verin haqq çalsın zəfər,

Günahı kimdədir bu qədər qanın?

Görəsən budurmu hökmü zamanın?!