Gədəbəy rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək dahi liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonda fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri və kənd təsərrüfatı məhsullarından təşkil edilmiş sərgiyə baxış keçirilmiş, rayonun sosial-iqtisadi göstəriciləri təqdim edilmişdir.
Rayonun hüquq mühafizə orqanlarının, həmçinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, rayon prokuroru Kamal Əhmədov, şəhid atası Şahlar Hacıyev, rayon ziyalısı Tofiq Mirzəyev çıxış etmiş və tədbir iştirakçıları tərəfindən rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər dinlənilmişdir.
Tədbirin sonunda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Gədəbəy Rayon Radio Verilişləri Redaksiyası