1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Rayon Prokurorluğunun əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
RİH başçısı peşə bayramı münasibətilə kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənən Rayon Prokurorluğunun əməkdaşları Şamilova Zəhraxanım Fəxrəddin qızını və Musayeva Mahirə Vəli qızını Fəxri Fərmanla təltif edib.

Gədəbəy Rayon Radio Verilişləri Redaksiyası